5-ci Hərbi Radar və Sərhəd Təhlükəsizliyi Sammiti Ankarada keçiriləcək

2025/02/1739435695.jpg
Oxunub: 579     20:18     13 Fevral 2025    
Türkiyənin media tərəfdaşları arasında olduğu 5-ci Hərbi Radar və Sərhəd Təhlükəsizliyi Sammiti (MRBS) 2025-ci il oktyabrın 7-8-də Ankarada keçiriləcək.

Ordu.az xəbər verir ki, MÜSİAD Ankara tərəfindən bu il 5-ci dəfə təşkil edilən MRBS Türkiyə Milli Müdafiə Nazirliyi, Sənaye və Texnologiya Nazirliyi və Müdafiə Sənayesi Komitəsinin dəstəyi ilə həyata keçirilir.

İki gün davam edəcək tədbirdə müdafiə sənayesi şirkətləri sərhəd təhlükəsizliyi sahəsində ən son layihələrini təqdim edəcək və ixrac potensiallı məhsullarını xarici ölkə nümayəndələrinə təqdim etmək imkanı əldə edəcəklər.

2023-cü il martın 21-22-də IV Hərbi Radar və Sərhəd Təhlükəsizliyi Sammiti keçirilib. Tədbirdə 2 mindən çox ziyarətçi qəbul edilib.

45 müxtəlif ölkədən qərar qəbul edənlər MRBS-də yerli və milli texnologiyaları yerindəcə araşdırıblar. 68 müdafiə sənayesi şirkətinin qatıldığı sammitdə sərhəd təhlükəsizliyi məsələsi bütün başlıqlar altında müzakirə edilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hərbi-Radar-Sərhəd-Təhlükəsizliyi-Sammiti   Ankara  


Bizi "telegram"da izləyin