ABŞ müdafiə naziri: Trampın Putin və Zelenski ilə danışıqları sülhə gətirib çıxaracaq

2025/02/1739434509.jpg
Oxunub: 405     12:03     13 Fevral 2025    
Prezident Donald Trampın Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Vladimir Zelenski ilə danışması qitədə sülhün təmin olunmasına gətirib çıxaracaq.

Ordu.az xəbər verir ki, bu barədə ABŞ-nin müdafiə naziri Pit Heqset jurnalistlərə açıqlamasında bildirib.

“Dünyada tərəfləri bir araya gətirərək sülhü təmin etmək qabiliyyətinə malik tək bir şəxs var: o da Prezident Donald Trampdır. O, bunu dünən həm Rusiya, həm də Ukrayna prezidentləri ilə danışaraq göstərdi və biz inanırıq ki, bu, qitədə davamlı və uzunmüddətli bir sülhün təmin olunmasına gətirib çıxaracaq", - Heqset qeyd edib.

Müdafiə nazirinin sözlərinə görə, Trampın məqsədi sülhü gətirməkdir, bu da Avropanın və ABŞ-nin maraqlarına uyğundur.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   Putin   Zelenski  


Bizi "telegram"da izləyin