Ordu.az xəbər verir ki, Rusiyanın Ukraynaya müdaxiləsi fonunda NATO üzvləri beynəlxalq alyansın çəkindirmə və müdafiə imkanlarını təmin etmək məqsədilə müdafiə büdcələrini artırıblar.
NATO müttəfiqləri on ildən çox əvvəl ümumi daxili məhsullarının 2 faizini müdafiəyə ayırmaq barədə razılığa gəlsələr də, bu ölkələrin əksəriyyəti illər ərzində bu hədəfə çata bilməyib.
Belçikanın yeni müdafiə naziri Teo Franken bu ayın əvvəlində and içdikdən sonra yeni hökumətin milli utanc dövrü adlandırılan dövrə son qoyacağını deyib.
Belçikanın yeni müdafiə naziri bu hədəfə uyğun olaraq, daha çox Birgə Hücum Təyyarəsi almaqdan əlavə, A400M yük təyyarələri, helikopter parkı və zərbə PUA-ları da alacaqlarını açıqlayıb.
Belçikanın ilk F-35A “Lightning II” təyyarəsi dekabr ayında “Luke” aviabazasına çatdırılıb.
Sevinc Əliyeva
Ordu.az