“Hürjet”in rəqibi T-7A təyyarəsi problemlərlə mübarizə aparır

2025/02/2025--1739432013.jpg
Oxunub: 1167     14:15     15 Fevral 2025    
T-7A “Red Hawk” təlim təyyarəsində fövqəladə vəziyyətdə katapult etmə sistemi və ətraf mühit sınaqları ilə bağlı problemlər aşkarlanıb.

Ordu.az xəbər verir ki, ABŞ Hərbi Hava Qüvvələrinin (HHQ) yeni nəsil təlim təyyarəsi T-7A “Red Hawk” fövqəladə vəziyyətdə katapult etmə sistemindəki ciddi təhlükəsizlik çatışmazlıqları və ekoloji sınaqlar zamanı ortaya çıxan yeni problemlər səbəbindən yenidən diqqət mərkəzindədir.

Pentaqonun Sınaq və Qiymətləndirmə Direktorluğu (DOT&E) tərəfindən yayımlanan son hesabatda bildirilir ki, təyyarənin fövqəladə vəziyyətdə katapult etmə sistemi HHQ-nin təhlükəsizlik standartlarına cavab vermir.

Hesabata görə, 2024-cü ilin fevralında keçirilən sınaqlarda orta sürətdə təcili katapult etmə sistemində təkmilləşdirmələr aparılsa da, 2024-cü ilin iyununda keçirilən yüksək sürətli sınaqda katapult etmə ardıcıllığında xəta aşkar edilib.

Bundan əlavə, yenidən dizayn edilən kabinə şüşəsi qırılma mexanizminin düzgün işləmədiyi müəyyən edilib.

DOT&E vurğulayır ki, sistemin aviasiya sertifikatını alması və əməliyyat sınaqlarına keçməsi üçün ən azı 7 əlavə sınaq tələb olunur.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hürjet   T-7A  


Bizi "telegram"da izləyin