Ordu.az xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb.
Rusiyanın ümumi müdafiə xərcləri ötən il real ifadədə 42% artaraq, 13,1 milyard rubla çatıb.
Bu rəqəm alıcılıq qabiliyyəti paritetinə əsaslanaraq, 462 milyard dollara bərabərdir.
Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun analitik mərkəzinin verdiyi məlumata görə, Böyük Britaniya və Avropa İttifaqına üzv ölkələr də daxil olmaqla, Avropanın müdafiə büdcələri ötən il demək olar 12% artaraq, 457 milyard dollara çatıb ki, bu da Moskvanın xərclərindən bir qədər azdır.
Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun qlobal hərbi imkanlara və müdafiə xərclərinə dair illik qiymətləndirməsi olan “Hərbi Balans” ABŞ-nin Ukraynaya və Avropanın müdafiəsinə dəstəyini kəsəcəyi təqdirdə Avropanın üzləşəcəyi bəzi təhlükəsizlik problemlərini təsvir edir.
Sevinc Əliyeva
Ordu.az