Ordu.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın İndoneziyaya səfəri zamanı Türkiyə ilə İndoneziya arasında müdafiə sənayesi sahəsində mühüm müqavilə imzalanıb.
Türkiyə Müdafiə Sənayesi Komitəsinin sədri Haluk Görgün və İndoneziya müdafiə naziri iki ölkə arasında strateji əməkdaşlığı dərinləşdirəcək Anlaşma Memorandumu imzalayıblar.
Bu müqavilə birgə müdafiə layihələrinin hazırlanması və uzunmüddətli əməkdaşlığın gücləndirilməsi məqsədi daşıyır. Türkiyə innovativ müdafiə həlləri ilə dost və müttəfiq ölkələrlə əlaqələrini inkişaf etdirməyə davam edir.
Sevinc Əliyeva
Ordu.az