Ordu.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.
Türkiyənin aparıcı müdafiə şirkətlərindən biri olan ROKETSAN və İndoneziyanın özəl müdafiə sənayesi holdinqi “PT Republik Korpora Indonesia” (Republikorp) qabaqcıl raket sistemlərinin yerliləşdirilməsi üçün Birgə Təşəbbüs Sazişi (JVA) imzalayıb.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və İndoneziya prezidenti Prabovo Subiantonun iştirakı ilə imzalanan müqavilə iki ölkənin müdafiə istehsalı və texnologiya transferi sahəsində strateji tərəfdaşlıqlarını gücləndirmək əzmini bir daha təsdiq edib.
Müqaviləyə əsasən, ROKETSAN və “Republikorp” idarə olunan raket sistemlərinin yerliləşdirilməsinə yönəlmiş Birgə Təşəbbüs Şirkəti (JVC) yaradacaq.
Bu əməkdaşlıq İndoneziyanın yerli müdafiə sənayesini gücləndirmək və onun regional çəkindiriciliyini artırmaq məqsədi daşıyır.
Sevinc Əliyeva
Ordu.az