Ordu.az xəbər verir ki, bu barədə “Yonhap” məlumat yayıb.
Cənubi Koreyanın Müdafiə Nazirliyi bildirib ki, Şimali Koreyanın Rusiyaya 200-ə yaxın uzun mənzilli artilleriya qurğusu göndərdiyi təxmin edilir və Pxenyan Moskvanın Ukraynaya qarşı müharibəsini dəstəkləmək üçün daha çox qoşun, silah göndərəcək.
Bu qiymətləndirmə Cənubi Koreyanın kəşfiyyat agentliyinin daha əvvəl Şimali Koreyanın Rusiyaya dəstək olmaq üçün 11 000 hərbi qulluqçu göndərdiyi, onlardan 300-nün öldürüldüyü və 2700-nün yaralandığı ilə bağlı məlumatından sonra verilib.
Sevinc Əliyeva
Ordu.az