Ordu.az xəbər verir ki, FE-nin paylaşdığı kəşfiyyat hesabatında Rusiyanın son illərdə hərbi təchizatını modernləşdirmək imkanlarını yüksəltdiyi və hərbi avadanlıq istehsalını əhəmiyyətli dərəcədə artırdığı vurğulanıb.
“Rusiya indi xüsusilə xaricdən aldığı maliyyə və maddi dəstək hesabına NATO-ya qarşı yenidən silahlanma resursları yarada bilər”, - deyə hesabatda qeyd edilib.
Hesabatda hazırda Danimarkaya hərbi hücum təhlükəsinin olmadığı, lakin Rusiyanın regionun ən böyük hərbi gücü olduğu və Rusiya prezidenti Vladimir Putinin bu tituldan imtina etməyəcəyi bildirilib.
Sevinc Əliyeva
Ordu.az