Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Tayvan administrasiyası hökumətinin rəsmi internet saytında dərc edilən bəyanata görə, ABŞ və Tayvan administrasiyası arasında təxminən 761,94 milyon dollar dəyərində müqavilə imzalanıb.
Müqaviləyə əsasən, ABŞ Tayvan administrasiyasının ordusuna 3 ədəd NASAMS HHM sistemi tədarük edəcək.
Açıqlamada müqavilənin icraçı qurumunun Tayvan administrasiyasının Hərbi Hava Qüvvələri olduğu, müqavilə çərçivəsində veriləcək HHM sistemlərinin yerləşdiriləcəyi yerlərin isə Tayvan adasının Sonqşan bölgəsi və Tamsui bölgəsi olduğu qeyd edilib.
Sevinc Əliyeva
Ordu.az