Ordu.az xəbər verir ki, bu barədə “European SD” məlumat yayıb.
Belçikada 2025-ci il yanvarın 31-də qurulan yeni koalisiya hökuməti ölkənin qeyri-adekvat müdafiə xərclərinə son qoymaq planlarını açıqlayıb.
Belçikanın müdafiə naziri Teo Franken Brüsseldə dünyanın hər yerindən olan Belçika diplomatik heyətinin auditoriyası qarşısında çıxışından bir gün sonra, fevralın 8-də “X” sosial şəbəkəsində video paylaşıb.
O, yeni hökumətin “milli utanc dövrü” adlandırıla biləcək dövrə son qoyacağını deyib.
“Silahlı Qüvvələrimizi dağıtmaq vaxtı bitdi. Müdafiəmizi yenidən qurmağın vaxtı gəldi”, - deyə Franken qeyd edib.
Sevinc Əliyeva
Ordu.az