Mərakeş və İraq Suriyanın ərazi bütövlüyünü dəstəkləyib

2025/02/00322-1739078178.jpg
Oxunub: 462     07:49     09 Fevral 2025    
Mərakeş və İraqın xarici işlər nazirləri Naser Burita və Fuad Huseyn Rabatda keçirilən görüşdə bir sıra aktual regional məsələləri, o cümlədən Suriyada hakim rejimin dəyişilməsindən sonra vəziyyəti müzakirə ediblər.

Bu barədə Ordu.az "Maghreb Arabe Presse" agentliyinə istinadən xəbər verir.

“İki tərəf arasında danışıqlar Suriyanın ərazi bütövlüyü və milli suverenliyinə, eləcə də Suriya xalqının birliyinə hörmət məsələsi ilə bağlı fikirlərin üst-üstə düşdüyünü üzə çıxarıb”, - məqalədə qeyd edilir.

Burita və Hüseyn Suriyanı istisnasız olaraq bütün suriyalıları birləşdirən milli birlik çərçivəsində dinc, sabit və firavan görmək istədiklərini bildiriblər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Mərakeş   İraq   Suriya  


Bizi "telegram"da izləyin