İsrail ordusunun qırıcıları HƏMAS-ın Suriyadakı silah anbarına zərbələr endiriblər

2024/09/1726808496.jpg
Oxunub: 567     18:35     08 Fevral 2025    
İsrail Hərbi Hava Qüvvələrinə məxsus qırıcılar Suriyanın cənubunda HƏMAS-ın silah anbarına zərbələr endiriblər.

Ordu.az-ın məlumatına görə, bu barədə İsrail ordusunun mətbuat xidməti bildirib.

"Bir müddət əvvəl İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları Suriyanın cənubundakı Deyr Əli bölgəsində HƏMAS terror təşkilatına məxsus silah anbarına zərbələr endirib", - deyə qeyd olunub.

Bildirilib ki, “anbarda saxlanılan silahlar İsrail ordusunun qoşunlarına hücumda istifadə üçün nəzərdə tutulub”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   HƏMAS  


Bizi "telegram"da izləyin