Tramp ABŞ-də odlu silah sahibliyi hüququnun müdafiəsi ilə bağlı fərman imzalayıb

2025/02/1738989993.jpg
Oxunub: 322     05:15     08 Fevral 2025    
ABŞ Prezidenti Donald Tramp ABŞ Konstitusiyasına odlu silah sahibliyi hüququnu təmin edən ikinci düzəlişin müdafiəsi ilə bağlı fərman imzalayıb.

Ordu.az xəbər verir ki, bu barədə Ağ evin mətbuat xidməti məlumat yayıb.

Sənədin müddəalarına əsasən, ABŞ-nin ədliyyə naziri – baş prokuror Pem Bondiyə 30 gün ərzində Amerika hakimiyyətinin bütün əvvəlki sərəncam və normativlərini, həmçinin Vaşinqtonun daxil olduğu beynəlxalq sazişləri “ikinci düzəlişlə təmin edilən hüquqlara müdaxilə” baxımından araşdırmaq tapşırılıb.

Bondiyə həmçinin Ağ evin Daxili Siyasət Şurası ilə birlikdə “ikinci düzəlişlə təmin edilən bütün amerikalıların hüquqlarını qorumağa” yönəlmiş “prezidentin fəaliyyət planı”nı hazırlamaq tapşırılıb.

“Gun Violence Archive” qeyri-hökumət təşkilatının hesablamalarına görə, 2024-cü ildə ABŞ-də müxtəlif silahlı insidentlər nəticəsində 16,7 mindən çox insan həlak olub, 31,6 mindən çox insan isə yaralanıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   ABŞ  


Bizi "telegram"da izləyin