Ordu.az xəbər verir ki, Tramp bu barədə Ağ Evdə Yaponiyanın baş naziri Şiqeru İşiba ilə birgə mətbuat konfransında bildirib.
"Bizim rüsumlarımız olacaq, əsasən də qarşılıqlı tariflər", - deyən Tramp bazar ertəsi və ya çərşənbə axşamı bu məsələ ilə bağlı görüş keçirməyi planlaşdırdığını bildirib.
Trampın sözlərinə görə, qarşılıqlı rüsumlar bu və ya digər ölkənin ABŞ-a müəyyən rüsum tətbiq etməsini, Vaşinqtonun isə eyni cür cavab verməsini nəzərdə tutur.
“Mən inanıram ki, bu, yeganə ədalətli yoldur”, - deyən Tramp hansı ölkələrə əlavə rüsum tətbiq olunacağı ilə bağlı məlumat verməyib.
Ordu.az