Ukraynanın beynəlxalq ehtiyatları yanvarda 43 milyard dollara düşüb

2025/02/1738989550.jpg
Oxunub: 352     01:04     08 Fevral 2025    
Ukraynanın beynəlxalq ehtiyatları ilin ilk ayında 43 milyard dollara qədər azalıb.

Ordu.az xəbər verir ki, bu barədə Ukrayna Milli Bankı (UMB) məlumat verib.

“2025-ci il fevralın 1-nə olan vəziyyətə görə, ilkin məlumatlara əsasən, Ukraynanın beynəlxalq ehtiyatları 43,003 milyard dollar təşkil edib. Yanvar ayında onlar 1,8% azalıb”, – tənzimləyicinin saytında qeyd olunub.

UMB-də ehtiyatların azalmasının səbəbləri kimi dövlət borcuna xidmət və ödənişlər üçün 535,8 milyon dollar və valyuta bazarında 3,75 milyard dollar satışı göstərilib. Eyni zamanda, hökumətin UMB-dəki hesablarına 3 milyard avro daxil olub.

Ötən ilin noyabrında UMB proqnozlaşdırırdı ki, növbəti iki il ərzində beynəlxalq yardım 2024-cü ildəki 41,5 milyard dollardan 2025-ci ildə 38 milyard dollara və 2026-cı ildə 25 milyard dollara qədər azalacaq. Müvafiq olaraq, tənzimləyicinin məlumatına görə, qızıl-valyuta ehtiyatları “2025-ci ildə 41 milyard dollara və 2026-cı ildə 34,7 milyard dollara qədər tədricən azalacaq”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Beynəlxalq-ehtiyat  


Bizi "telegram"da izləyin