ABŞ Dəniz Piyadaları Korpusu F-35B sifarişlərini F-35C-yə köçürür

2025/02/1738906597.jpg
Oxunub: 591     17:51     08 Fevral 2025    
ABŞ Dəniz Piyadaları Korpusu qısa qalxma və şaquli enmə icra edə bilən F-35B-lər üçün verdiyi ümumi 353 ədədlik sifarişdə azalmaya gedib.

Ordu.az xəbər verir ki, Dəniz Piyadaları Korpusu ümumilikdə 67 olan aviadaşıyıcı gəmi əsaslı F-35C sifarişlərini 140-a yüksəltmək qərarı qəbul edib.

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) tərəfindən aparılan qiymətləndirmə və sınaqlar nəticəsində verilən qərarı Dəniz Aviasiyası komandanının müavini general-leytenant Bredford Gerinq imzalayıb.

Dəniz Piyadaları Korpusu 420 ədəd F-35 almaq hədəfini qoruyaraq, əvvəlki 353 F-35B əvəzinə 280 ədəd alacaq. Bunun qarşılığında 67 olan F-35C hədəfini 140-a çatdırıb.

Qərarla təyyarə istehsalçısı “Lockheed Martin” də prosesə daxil olub. Şirkət Dəniz Piyadaları Korpusunun yeni park konfiqurasiyasını dəstəklədiyini açıqlayıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   F-35B  


Bizi "telegram"da izləyin