ABŞ Ukrayna planını Münhen konfransında müttəfiqlərə açıqlayacaq

2025/02/1738778462.jpg
Oxunub: 525     21:48     05 Fevral 2025    
ABŞ gələn həftə Münhen Təhlükəsizlik Konfransında Ukrayna böhranının həlli planını açıqlayacaq.

Ordu.az xəbər verir ki, bu haqda “Bloomberg“ mənbələrə istinadən məlumat yayıb.

Layihənin müttəfiqlərə ABŞ prezidenti Donald Trampın Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq tərəfindən təqdim edəcəyi bildirilir.

Qeyd edək ki, təhlükəsizlik konfransı Almaniyanın Münhen şəhərində 14-16 fevral tarixlərində baş tutacaq.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Ukrayna   Münhen-konfransı  


Bizi "telegram"da izləyin