Rusiya BMT TŞ-nin Ukrayna üzrə iclasını çağırmaq üçün sorğu göndərib

2024/06/6661d-1717687880.jpg
Oxunub: 531     21:42     05 Fevral 2025    
Qərb diplomatlarının fevralın 24-də mövzu ilə bağlı iclas keçirmək təşəbbüsünə cavab olaraq Rusiya BMT Təhlükəsizlik Şurasının Ukrayna ilə bağlı iclası üçün sorğu göndərib.

Ordu.az xəbər verir ki, bunu Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski deyib.

“Qərbli həmkarlarımız artıq (fevral ayının) ilk günlərdə xüsusi hərbi əməliyyatların başlamasının 3-cü ildönümü münasibətilə fevralın 24-də görüş istədilər. Biz də dərhal Minsk tədbirlər paketini təsdiqləyən Təhlükəsizlik Şurasının 2202 saylı qətnaməsinin qəbulunun 10-cu ildönümü ilə əlaqədar fevralın 17-də görüşüçün sorğu göndərdik”, – diplomat öz “Teleqram” kanalında yazıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   BMTTŞ  


Bizi "telegram"da izləyin