ABŞ USAID vasitəsilə Ukraynaya 35 milyard dollar köçürüb

2024/09/1726040329.jpg
Oxunub: 567     21:18     05 Fevral 2025    
2022-cici ildən bəri ABŞ ləğv edilməkdə olan Beynəlxalq İnkişaf Agentliyi (USAID) vasitəsilə Ukraynaya 35 milyard dollar köçürüb.

Ordu.az xəbər verir ki, bu barədə “Defence One” informasiya portalı USAİD-in məlumatlarına istinadən məlumat yayıb.

Bundan əlavə, portalın istinad etdiyi ABŞ administrasiyasının yüksək rütbəli rəsmisinin sözlərinə görə, USAID Ukraynaya ABŞ silahlarının və digər yardımların çatdırılmasının uçotunda mühüm rol oynayıb.

Nəşr qeyd edir ki, agentlik həmçinin Rusiyanın dondurulmuş aktivlərindən gələn gəlirlərdən istifadə etməklə Ukraynaya 20 milyard dollar kreditin verilməsində əsas rol oynayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: USAID   ABŞ   Ukrayna  


Bizi "telegram"da izləyin