Trampın “Yaxın Şərq NATO”su işə düşür? – BAXIŞ BUCAĞI

2025/02/1738396144.jpg
Oxunub: 1031     11:39     01 Fevral 2025    
ABŞ prezidenti Donald Tramp Birləşmiş Ştatların, müxtəlif mənbələrə görə, təxminən 2000 nəfər olan kontingentini Suriyadan çıxarması ehtimalının yüksək olduğunu açıqlayıb. ABŞ prezidenti Suriyadakı vəziyyətlə bağlı deyib: “Bu, ABŞ-nin problemi deyil”.

Trampın ABŞ qoşunlarını çıxarıb-çıxarmaması çox güman ki, Birləşmiş Ştatların ümumilikdə Yaxın Şərq təhlükəsizlik sistemini necə təsəvvür etməsindən asılı olacaq. Heç şübhəsiz ki, Vaşinqton üçün Suriya, ümumiyyətlə, hər hansı digər regional ölkə üçün ayrıca təfərrüat və müşahidə obyekti deyil.

Bu mənada, bəlkə də xatırlamaq yerinə düşər ki, Tramp prezidentliyinin ilk dövründə sabitlik və sülhü təmin edəcək regional təhlükəsizlik sistemi kimi “Yaxın Şərq NATO-su”nun yaradılması ideyasından danışmışdı. Təbii ki, bu gün faktiki olaraq regionda vəziyyət həm məzmun baxımından, həm də qüvvələr balansı baxımından, əslində, hətta son bir-iki illə, xüsusən də Trampın prezidentliyinin birinci dövrü ilə müqayisədə xeyli fərqlidir.

Lakin ümumi məntiq kontekstində vəziyyətin səbəb-nəticə deyilən sabit inkişafı olub və mövcuddur. Xüsusilə, regionda getdikcə “mərkəzdənqaçma” qüvvələr balansı formalaşır, yəni qüvvələrin müəyyən səviyyəyə uyğunlaşdırılması təbii olaraq yeni təhlükəsizlik sisteminə ehtiyac yaradır. Uzaqdan oynayan qeyri-regional fövqəldövlətlər üçün qüvvələrin “hamarlanması” reallığına məhəl qoymamaq və bir-iki oyunçuya arxalanaraq, birbaşa və ya dolayı yolla digərlərinə qarşı mövqe tutmaq çətinləşir.

Bəlkə də Trampın “Yaxın Şərq NATO”su adlandırmasının əsasını məhz bu reallıqlardan irəli gələn nəticə təşkil edirdi. Bu gün Yaxın Şərqdə və Körfəz regionunda qüvvələr balansının bərabərləşdirilməsi deyilən tendensiya daha nəzərə çarpır və hiss olunur, buna görə də kollektiv təhlükəsizlik sisteminin mexanizminin bəlkə də alternativinin olmadığı şübhə doğurmur.

Buna görə də bu sual aktualdır ki, Tramp, əlbəttə, bu mümkün sistemin uzaqdan idarə edilməsi mexanizmlərini saxlamağa çalışaraq, kollektiv sistemi təşviq etmək fikrinə qayıdacaqmı?

Digər tərəfdən, o, Rusiya və təbii ki, Çinlə müzakirələr aparmadan belə yanaşmaları irəli sürə bilərmi? Rusiya İranla imzaladığı hərtərəfli strateji sazişlə bölgədəki imkanlarını keyfiyyətcə dəyişdi. Trampın prezidentliyinin ilk dövründən fərqli olaraq, Co Baydenin prezidentliyi dövründə Çin demokrat administrasiyasının Səudiyyə Ərəbistanı ilə soyuq münasibətindən istifadə edərək, Yaxın Şərq regionunda mövqelərini gücləndirə bildi.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   Yaxın-Şərq   NATO  


Bizi "telegram"da izləyin