Xorvatiya Ukraynaya yeni hərbi-texniki yardım paketi təqdim edəcəyini açıqlayıb

2025/02/1738390101.jpg
Oxunub: 550     13:07     01 Fevral 2025    
Xorvatiya Kiyevə Ukrayna ordusunu gücləndirəcək yeni hərbi-texniki yardım paketi təqdim edəcəyini açıqlayıb.

Ordu.az xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal Xorvatiyanın Baş naziri Andrey Plenkoviçlə görüşündən sonra bildirib.

Şmıqal, həmçinin bildirib ki, Ukrayna azad edilmiş ərazilərin minalardan təmizlənməsində Xorvatiya ilə fəal əməkdaşlıq edir.

“Ukraynaya 67 Xorvatiya minatəmizləmə sistemi gətirilib, bu vasitələrin və onların komponentlərinin istehsalına ötən il Ukraynada başlanılıb”, - deyə Ukraynanın Baş naziri qeyd edib.

Ötən ilin noyabrında Xorvatiya Müdafiə Nazirliyi 30 ədəd M-84 tankı və 30 ədəd M-80 piyada döyüş maşınının, təxminən 145 milyon avro dəyərində ehtiyat hissəsi və sursatın Ukraynaya göndəriləcəyini açıqlamışdı.

M-84 tankları ilk dəfə Ukraynaya veriləcək. Bu tanklar Yuqoslaviyada lisenziya əsasında istehsal olunan və ixrac edilən sovet T-72M1 tanklarının yerliləşdirilmiş versiyasıdır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Xorvatiya   Ukrayna  


Bizi "telegram"da izləyin