Ordu.az xəbər verir ki, bu barədə DPA agentliyi alyansdakı mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, hazırda bu təşəbbüs təşkilat daxilində qeyri-rəsmi danışıqlar çərçivəsində müzakirə olunur. Təşəbbüskarlar bu yolla Trampın Qrenlandiya ilə bağlı müzakirəsinin səbəb olduğu gərginliyi azaltmağa ümid edirlər. Mənbələrin fikrincə, alyansın Arktikada mövcudluğunun genişləndirilməsi, o cümlədən birbaşa amerikalıların göndərilməsi hesabına ABŞ-nin regionda təhlükəsizlik sahəsində maraqlarını müdafiə etmək mümkün olacaq.
Mənbələr qeyd edirlər ki, bu təklifin taleyi Trampın regionda Amerikanın təhlükəsizlik maraqlarına həqiqətən önəm verib-verməməsindən asılıdır. Əgər xammal yataqları da ABŞ-nin yeni prezidenti üçün əhəmiyyət kəsb edirsə, təşəbbüs uğursuzluğa məhkum ola bilər.
Ordu.az