Türkiyə hərbi nümayəndə heyəti Dəməşqə səfər edib: Hərbi əməkdaşlıq müzakirə olunub

2025/01/1738314992.jpg
Oxunub: 470     11:20     01 Fevral 2025    
Türkiyənin yüksək səviyyəli hərbi heyəti Suriyanın paytaxtı Dəməşqdə müdafiə naziri Marhaf Əbu Qasra, Baş Qərargah rəisi general-mayor Əli əl-Naasan və suriyalı zabitlərlə görüşüb.

Ordu.az xəbər verir ki, bu barədə Suriya Ərəb Xəbər Agentliyi (SANA) məlumat yayıb.

Görüş zamanı hərbi əməkdaşlıq və regional təhlükəsizlik məsələlərinin müzakirə edildiyi bildirilib.

Səfər zamanı Suriyadakı hərbi kazarmalarda yoxlamaların aparıldığı qeyd edilib.

Türkiyə Milli Müdafiə Nazirliyinin fəaliyyətləri və cari məsələlərlə bağlı Həftəlik Mətbuat Brifinqində çıxış edən mətbuat və ictimaiyyətlə əlaqələr müşaviri və nazirliyin sözçüsü kontr-admiral Zeki Aktürk hərbi heyətin Suriyaya texniki danışıqlar üçün səfər etdiyini təsdiqləyib.

Aktürk Suriyanın müdafiə və təhlükəsizlik imkanlarının artırılması, suriyalıların könüllü, təhlükəsiz və şərəfli şəkildə geri qayıtmasının təmin edilməsi üçün yeni administrasiya ilə sıx əməkdaşlıq çərçivəsində işlərin davam etdiriləcəyini vurğulayıb.

Bu çərçivədə Milli Müdafiə Nazirliyindən bir nümayəndə heyətinin yanvarın 29-da Suriyaya səfər etdiyi və texniki görüşlər keçirdiyi bildirilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Dəməşq   Suriya  


Bizi "telegram"da izləyin