Tramp Avropadakı ABŞ hərbi qulluqçularının sayını azaldacaqmı?

2025/01/1738044163.jpg
Oxunub: 571     15:03     31 Yanvar 2025    
ABŞ-nin yeni prezidenti Donald Trampın müttəfiqlərindən 20 min ABŞ hərbi qulluqçusunun Avropadan çıxarılması və qitədə qalan ABŞ hərbi varlığının xərclərinin ödənilməsi üçün subsidiyalar tələb etməsi böyük təsir bağışlayıb.

Ordu.az xəbər verir ki, Trampın vəzifəyə gəldiyi gündən Avropa ölkələrini müdafiə xərclərini 2 faizdən 5 faizə yüksəltməklə hədələməsindən sonra onun Avropa liderlərinə qoşunlarının azaldılması ilə bağlı mesajı yeni bir xaosa səbəb olub.

Avropalı diplomatın sözlərinə görə, Tramp Avropa ölkələrindən daha çox maliyyə yardımı istəməsi ilə yanaşı, Avropa liderlərinə Birləşmiş Ştatların Avropadakı hərbi mövcudluğunun ABŞ vergi ödəyiciləri tərəfindən qarşılana bilməyəcəyini çatdırıb.

İlk səlahiyyət müddətinin sonuna kimi Tramp Almaniyadan 12 min hərbi qulluqçunun çıxarılması barədə göstəriş vermişdi, onların bir hissəsi Avropanın digər bölgələrinə, bəziləri isə ABŞ-yə çəkiləcək. Ancaq bu plan heç vaxt həyata keçirilməyib və sonrakı prezident Co Bayden tərəfindən ləğv edilib.

Trampın yeni Pentaqon komandası açıq şəkildə bildirib ki, ABŞ Avropada daha kiçik hərbi rol oynamalı və Çindən gələn artan təhlükəyə qarşı mübarizə aparmaq üçün imkanlarını Sakit okeana keçirməlidir.

Birləşmiş Ştatların Avropada daimi olaraq yerləşmiş təxminən 65 min hərbi qulluqçusu var və daha minlərlə hərbi qulluqçu rotasiya qaydasındadır. Rusiyanın 2022-ci ildə Ukraynaya genişmiqyaslı müdaxiləsindən etibarən ABŞ-nin ümumi qüvvəsi 100.000 hərbi qulluqçu aralığında olub.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   Avropa   ABŞ  


Bizi "telegram"da izləyin