ÜST ABŞ-nin təşkilatdan çıxmasına münasibət bildirib

2025/01/1737457804.jpg
Oxunub: 427     15:01     21 Yanvar 2025    
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ABŞ-nin təşkilatdan çıxmaq qərarından təəssüfləndiyini bildirib.

Ordu.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ÜST-nin rəsmi nümayəndəsi Tarik Jazareviç brifinq zamanı bəyan edib.

"ÜST ABŞ-nin təşkilatdan çıxmaq niyyətindən təəssüflənir. Ümid edirik ki, ABŞ öz qərarını yenidən nəzərdən keçirəcək. Bütün dünyada milyonlarla insanın sağlamlığı, rifahı naminə ABŞ və ÜST arasında tərəfdaşlığın davam etdirilməsi üçün konstruktiv dialoqu səbirsizliklə gözləyirik", - o bildirib.

Qeyd edək ki, daha əvvəl ABŞ Prezidenti Donald Tramp ölkənin ÜST-dən çıxması barədə fərman imzalayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ÜST   ABŞ  


Bizi "telegram"da izləyin