İran XİN: Tehran Birgə Hərtərəfli Fəaliyyət Planı üzrə danışıqların bərpasına hazırdır

2024/10/1730103799.jpg
Oxunub: 389     14:32     21 Yanvar 2025    
İran Birgə Hərtərəfli Fəaliyyət Planı (BHFB) üzrə danışıqların bərpasına hazır olduğunu bəyan edib.

Ordu.az “Mehr” agentliyinə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İran xarici işlər nazirinin müavini Kazem Qəribabadi deyib.

"Biz həmişə buna hazırıq. Əgər digər tərəflər də hazırdırsa, hesab edirik ki, danışıqlar baş tutacaq və nəticə verəcək", - o bildirib.

Nazir müavini İran tərəfinin dialoq və anlaşma üçün imkanların olduğunu əlavə edib.

Qəribabadi həmçinin İranın nüvə proqramının dinc məqsədli olduğunu vurğulayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   XİN  


Bizi "telegram"da izləyin