Hərbi əməliyyatlar nəticəsində Qəzzaya azı 38 milyard ABŞ dolları ziyan dəyib

2025/01/1737189043.jpg
Oxunub: 491     14:25     21 Yanvar 2025    
2023-cü ilin oktyabrından etibarən, Qəzza zolağına dəyən birbaşa ziyan ən azı 38 milyard ABŞ dolları təşkil edir.

Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə ilkin məlumatı anklav hakimiyyətinin mətbuat xidməti öz teleqram kanalında yayıb.

Məlumata görə, sektorda 137 təhsil müəssisəsi, 823 məscid və 3 kilsə, mədəni və ya tarixi əhəmiyyət kəsb edən 206 obyekt və s. dağıdılıb. 160-dan çox tibb müəssisəsi atəşə tutulub, elektrik yarımstansiyalarına, su və kanalizasiya şəbəkələrinə, həmçinin anklavın nəqliyyat infrastrukturuna ciddi ziyan dəyib.

Yanvarın 20-də anklavın Səhiyyə Nazirliyi 47 min 35 fələstinlinin həlak olduğunu, 111 mindən çox adamın yaralandığını bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qəzza   Hərbi-əməliyyat  


Bizi "telegram"da izləyin