Filippin “Gökdeniz” sursatı alacaq

2025/01/1737447678.jpg
Oxunub: 444     14:11     21 Yanvar 2025    
Filippin Müdafiə Nazirliyinin hazırkı satınalma planına “Gökdeniz” Yaxın Hava Hücumundan Müdafiə (HHM) sistemi sursatı da daxildir.

Ordu.az xəbər verir ki, Filippin Müdafiə Nazirliyinin hazırkı satınalma planı açıqlanıb.

2025-ci il satınalma planında HHM sistemləri üçün əlavə büdcə ayrılıb.

“MaxDefense Filippin” tərəfindən edilən paylaşıma görə, “Miguel Malvar” sinfinə məxsus freqatların ikincisi olan “BRP Diego Silang” üçün MBDA VL-MICA HHM sistemi və 35 mm-lik sursat alınacaq.

Bu çərçivədə “Gökdeniz” HHM sistemi ASELSAN-ın əsas podratçılığı altında istehsal edilən 35 mm-lik ATOM qəlpəli sursatından istifadə edir.

Filippin “Miguel Malvar” sinfinə məxsus freqatlarda “Gökdeniz” yaxın HHM sisteminə üstünlük verib. “Gökdeniz” sistemləri 2 ədəd “Miguel Malvar” sinfinə məxsus gəmidə missiya yerinə yetirəcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Filippin   Gökdeniz  


Bizi "telegram"da izləyin