ABŞ Prezidenti bu il Çinə səfər edə bilər

2025/01/1737437180.jpg
Oxunub: 1526     07:24     21 Yanvar 2025    
ABŞ Prezidenti Donald Tramp bu il Çinə səfər edəcəyini istisna etmir.

Ordu.az xarici mediaya istinadən xəbər verir ki, dövlət başçısı bunu Ağ Evin Oval kabinetində jurnalistlərlə söhbətində bildirib.

Eyni zamanda, Amerika lideri əslində məsələnin Pekinin Vaşinqtona dəvət göndərməsindən çox asılı olduğunu açıq şəkildə ifadə edib.

Onun açıqlamalarından belə nəticə çıxır ki, belə bir dəvət hələlik mövcud deyil.

“Dəvətim olsa, bu baş verə bilər”, - Amerika lideri bu il Çinə səfər edib-etməyəcəyinə dair suala cavab verərkən deyib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Çin  


Bizi "telegram"da izləyin