Kolumbiya Prezidenti ölkədə fövqəladə vəziyyət elan edib

2025/01/1737437124.jpg
Oxunub: 1435     07:12     21 Yanvar 2025    
Kolumbiya Prezidenti Qustavo Petro ölkənin şimalında üsyançılar arasında silahlı toqquşmalar səbəbindən fövqəladə vəziyyət elan edib.

Ordu.az xəbər verir ki, bu barədə dövlət başçısı “X” sosial şəbəkəsindəki səhifəsində məlumat yayıb.

Petro qeyd edib ki, daxili təlatümlər və iqtisadiyyatda fövqəladə vəziyyətlə əlaqədar xüsusi rejim tətbiq olunur. Prezident Kolumbiyanın məhkəmə sisteminin onun qərarını dəstəkləyəcəyinə ümid etdiyini bildirib.

Xatırladaq ki, ötən ilin sentyabrında Petro ölkədə onu zərərsizləşdirmək və ya vəzifəsindən uzaqlaşdırmaq məqsədilə dövlət çevrilişi hazırlandığını bildirmişdi. Bu bəyanatlar siyasətçinin prezidentlik kampaniyasının maliyyə mənbələri ilə bağlı araşdırma fonunda verilib. Petronun sözlərinə görə, o, “qeyri-qanuni orqan” tərəfindən mühakimə olunur.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kolumbiya   Fövqəladə-vəziyyət  


Bizi "telegram"da izləyin