“Sarsılmaz” yeni məhsullarını “Las Vegas Shot Show”da nümayiş etdirir

2025/01/1737354960.jpg
Oxunub: 448     13:53     21 Yanvar 2025    
“Sarsılmaz” dünyanın ən böyük ovçuluq, atıcılıq və müdafiə sərgilərindən biri olan “Shot Show 2025”də sənaye peşəkarları ilə görüşür.

Ordu.az xəbər verir ki, 2025-ci il yanvarın 21-24-də Las Veqasda keçiriləcək tədbirdə “Sarsılmaz” innovativ və geniş çeşidli məhsulları ilə Türkiyəni beynəlxalq arenada təmsil edəcək.

Sərgidə “Sarsılmaz” və onun ABŞ-dəki distribyutoru SARUSA iki böyük stendlə ziyarətçilərlə görüşür.

“Sarsılmaz” və SARUSA hərbi tüfəng, ov tüfəngi və tapança modelləri ilə “Shot Show 2025”də güclü bir stend təqdim edir.

“Sarsılmaz” tərəfindən istifadəçi ehtiyaclarına uyğun dizayn edilmiş və innovativ texnologiyalarla təchiz edilmiş SAR9 GEN3 polimer tapança ailəsi və müasir dizaynı poladla birləşdirən yeni SAR 7/24 tapança seriyası kimi müxtəlif ölçü və konfiqurasiyaya malik modellər həm fərdi, həm də peşəkar ziyarətçilərin diqqət mərkəzindədir.

“Sarsılmaz”, həmçinin SAR 127 MT ağır pulemyot və SAR 762 MT pulemyot modelləri ilə mütəxəssis mühəndislik imkanlarını bir daha nümayiş etdirir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Sarsılmaz   Las-Vegas-Shot-Show  


Bizi "telegram"da izləyin