Mersində inkişaf etdirilən “Okhan” İDP-si təqdim edilib - VİDEO
Oxunub: 647
16:30
21 Yanvar 2025
Türkiyənin müdafiə sənayesi çərçivəsində inkişaf etdirilən “Okhan” İnsansız Dəniz Platforması (İDP) Mersində təqdim edilib.
Ordu.az xəbər verir ki, Mezitli rayonundakı Qalatasaray meydanında keçirilən təqdimat tədbirində vali Ali Hamza Pehlivan, AK Partiya Mərsin deputatı Nurəddin Nebati, Mərsin Universitetinin rektoru Erol Yaşar, vilayət təhlükəsizlik müdiri Kamil Karabörk, vilayət jandarma komandiri briqada generalı Ercan Atasoy və sahil mühafizəsi Aralıq dənizi bölgəsi komandiri kontr-admiral Oğuz Bavbek iştirak ediblər.
Vali Pehlivan və digər iştirakçılar “Okhan” İDP-sinə baxış keçirib, onun xüsusiyyətləri barədə səlahiyyətlilərdən məlumat alıblar.