Ordu.az xəbər verir ki, Polşa hərbi kontingentinin Türkiyədəki rotasiyası çərçivəsində Polşanın Miroslavets şəhərindəki 12-ci PUA bazasında “Bayraktar TB2”dən istifadə edən hərbi qulluqçularla vida mərasimi keçirilib.
Beləliklə, Polşa ordusunun istifadə etdiyi ən yeni PUA-lar xaricə ilk missiyasına gedəcək. Missiya müddəti 6 ay olacaq və 2025-ci ilin iyununda başa çatacaq.
Missiya çağırış üzrə növbətçilik, Şərqi Aralıq dənizi və Qara dənizin monitorinqi, NATO Daimi Dəniz Qrupları və NATO Dəniz Komandanlığı ilə əməkdaşlıqdan ibarətdir.
Polşa hərbi birləşmələri Türkiyənin 2020-ci ildə Suriya sərhədində vəziyyətin pisləşməsi ilə əlaqədar NATO müttəfiqlərindən yardım və dəstək istəməsindən sonra 2021-ci ilin may ayında “İncirlik” bazasında fəaliyyətə başlayıb.
Sevinc Əliyeva
Ordu.az