İran yeni uzun mənzilli kamikadze PUA-sını təqdim edib

2025/01/1737349148.jpg
Oxunub: 414     13:58     21 Yanvar 2025    
Yeni “359” kamikadze tipli Pilotsuz Uçuş Aparatı (PUA) sistemi uzun mənzilli hədəfləri vurmaq üçün hazırlanıb.

Ordu.az xəbər verir ki, təxminən 9000 metr yüksəklikdə 150 km məsafədən hədəfləri vura bilən PUA saatda 1000 km sürətə çataraq, sürətlə hərəkət edən təyyarələri yüksək dəqiqliklə bloklamaq qabiliyyətini artırır.

“359” olaraq adlandırılan PUA daha öncəki “358” kamikadze PUA-sının uğuru əsasında qurulub.

İran hərbi mənbələrinin məlumatına görə, “359”dan regional münaqişələrdə, xüsusilə ABŞ-nin MQ-9 “Reaper” PUA-larına qarşı əməliyyatlarda istifadə olunacaq.

İddialara görə, “359 Loitering SAM” PUA-sı təxminən 9000 metr yüksəklikdə də fəaliyyət göstərə bildiyi üçün adi “yer-hava” raketlərinin (SAM) ümumiyyətlə çata bilmədiyi yüksək hündürlüklərdə hərbi təyyarələri hədəf almaq üçün istifadə olunacaq.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   PUA  


Bizi "telegram"da izləyin