Danimarka yeni F-35A “Lightning II” döyüş təyyarələrini təhvil alıb

2025/01/1737349092.jpg
Oxunub: 396     12:01     21 Yanvar 2025    
Danimarka “Skrydstrup” aiabazasına 3 yeni F-35A “Lightning II” çoxməqsədli döyüş təyyarəsini təhvil alıb.

Ordu.az xəbər verir ki, Danimarka Müdafiə Nazirliyi bu təyyarələrin gəlməsi ilə təhvil verilən F-35-lərin ümumi sayının 17-yə yüksəldiyini açıqlayıb.

Məlumata görə, təyyarələr Arizonadakı “Luka” aviabazasından təhvil verilib, ABŞ Hərbi Hava Qüvvələrinə məxsus havada yanacaq dolduran təyyarələr tərəfindən dəstəklənib və Azor adalarında texniki dayanma verib.

Bunlardan 11-i Danimarkada, 6-sı isə Danimarka pilotlarına və texniki işçilərinə təlim keçmək üçün “Luka” aviabazasında yerləşir.

Təyyarələr köhnə F-16-ları əvəz edəcək F-35 parkının əməliyyat hazırlığını artırmaq üçün Danimarkanın daha geniş strategiyasının bir hissəsi kimi istifadə olunacaq.

Danimarka “Lockheed Martin”dən 27 ədəd F-35A “Lightning II” təyyarəsi sifariş edib və ilk tədarüklər 2023-cü ildə başlayıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Danimarka   F-35A  


Bizi "telegram"da izləyin