“CANiK” 2024-cü ildə ixracat artımını davam etdirərək, 172 milyon dollarlıq xarici satışa imza atıb

2025/01/1737188017.jpg
Oxunub: 454     14:22     21 Yanvar 2025    
Türkiyənin müdafiə sənayesinin lider şirkəti olan “CANiK” 2024-cü ildə ixracat artımını davam etdirərək, 172 milyon dollarlıq xarici satışa imza atıb.

Ordu.az xəbər verir ki, “Samsun Yurt Savunma (SYS) Grup”un lider markası olan “CANiK” ən yüksək səviyyədə təhlükəsizlik standartları ilə inkişaf etdirdiyi yüksək əlavə dəyərli məhsulları ilə 2024-cü ildə ixrac hədəflərində uğur əldə edib.

Türkiyə İxracatçılar Məclisinin (TİM) açıqladığı məlumatlara görə, bir əvvəlki ildə ixrac 136 milyon dollar olduğu halda, bu il ixracat rəqəmi 172 milyon dollara yüksəlib.

Beləliklə, ixracda 27% artım əldə edilib. Bundan əlavə, SYS-nin təkcə Türkiyədəki istehsalından əldə etdiyi satış gəlirləri 2024-cü ildə dollar ifadəsində 28% artaraq, 148 milyon dollardan 189 milyon dollara yüksəlib.

“CANiK” 2024-cü ildə əldə etdiyi bu güclü ixrac rəqəmləri ilə müdafiə sənayesindəki liderliyini gücləndirərkən, Qrup 2025-ci ildə ABŞ və Böyük Britaniyadakı əməliyyatları əhatə edən konsolidasiya edilmiş dövriyyə hesablamalarına keçib.

Qrup şirkətlərinin 2025-ci il üçün konsolidasiya edilmiş dövriyyəsi 250 milyon dollar büdcədə nəzərdə tutulub.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: CANiK   SYS  


Bizi "telegram"da izləyin