Makron: "HƏMAS-ın girov saxladığı iki Fransa vətəndaşının azad edilməsini gözləyirik"

2024/12/1733978973.jpg
Oxunub: 489     17:09     17 Yanvar 2025    
İsraillə Fələstinin HƏMAS arasında əldə edilmiş razılaşmaya əsasən hərəkatın azad etməli olduğu 33 girov arasında iki Fransa vətəndaşı var.

Ordu.az xəbər verir ki, bu barədə Fransa prezidenti Emmanuel Makron sosial şəbəkə hesabında yazıb.

"Həmvətənlərimiz Ofer Kalderon və Ohad Yahalomi Qəzza üzrə razılaşmanın birinci mərhələsində azad edilməli olan 33 girovun siyahısına daxildir. Onların ailələrinə qovuşması üçün əlimizdən gələni edəcəyik", - o qeyd edib.

Qeyd edək ki, İsrail hakimiyyəti HƏMAS ilə razılaşmanın birinci mərhələsi çərçivəsində Qəzza zolağından 33 girovun azad edilməsinin planlaşdırılması barədə onların ailələrinə məlumat verib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Makron   HƏMAS  


Bizi "telegram"da izləyin