Ordu.az xəbər verir ki, ABŞ Milli Nüvə Təhlükəsizliyi İdarəsi xidmət müddətinin 20 il uzadıldığını bildirib.
B61-12 LPU 50 ildən artıqdır ki, ABŞ Hərbi Hava Qüvvələri və NATO bazalarında yerləşdirilən Birləşmiş Ştatların nüvə ehtiyatındadır.
İstismar müddəti başa çatmış bu bombaların köhnə analoqlarını əvəz etmək üçün modernləşdirmə proqramı rəsmi olaraq 2008-ci ildə başlayıb.
Yeni LEP döyüş başlığı B61-12 bombasının effektivliyini qoruyacaq, B61 bomba ailəsinin -3, -4, -7 və -10 variantlarının modifikasiyasına imkan verəcək.
ABŞ B61-12 bombasının istehsal gücündən istifadə edəcək B61-13 bombasının istehsalına başlayacaq.
Birləşmiş Ştatlar əvvəlki ilə nisbətən dəyişməz olaraq təxminən 3708 döyüş başlığı ehtiyatına malikdir. Bunlardan yalnız təxminən 1770-nə döyüş başlığı yerləşdirilib, təxminən 1938-i ehtiyatda qalıb.
Həmçinin 2024-cü ilin noyabrında ABŞ “Minuteman III” qitələrarası ballistik raketini sınaqdan keçirib.
Sevinc Əliyeva
Ordu.az