İsveç yeni PUA sürüsü texnologiyasını təqdim edib

2025/01/1737010482.jpg
Oxunub: 480     17:03     21 Yanvar 2025    
İsveç Müdafiə Nazirliyi müxtəlif ölçülü Pilotsuz Uçuş Aparatlarının (PUA) missiyalarda birgə işləməsinə imkan verəcək qabaqcıl PUA sürüsü texnologiyasını təqdim edib.

Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Müdafiə naziri Pal Consonun sözlərinə görə, İsveçdə yerləşən müdafiə sənayesi şirkəti “Saab” tərəfindən hazırlanmış bu qabaqcıl sistem qarşıdan gələn “Arctic Strike” təlimi zamanı nümayiş etdiriləcək.

İsveç Müdafiə Nazirliyinin məlumatına görə, yeni sistem artan regional gərginlik şəraitində İsveçin müdafiə qabiliyyətini təkmilləşdirmək səylərində mühüm addımdır.

PUA sürüləri koordinasiya edilmiş, mərkəzləşdirilməmiş əməliyyatlar vasitəsilə düşmən müdafiəsini dəf edərək, müasir müharibədə effektivliyini sübut edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsveç   PUA  


Bizi "telegram"da izləyin