Türkiyə şirkəti avtomobil üzərinə quraşdırıla bilən REM sistemi təqdim edib - ƏTRAFLI

2025/01/2025--1737007805.jpg
Oxunub: 598     16:32     21 Yanvar 2025    
“Sekiz Altmış Teknoloji” şirkəti SAHA EXPO 2024 çərçivəsində mobil Radioelektron Mübarizə (REM) texnologiyasında innovativ həll olan MS23 (REM sistemləri) - Avtomobil Üstü Modeli təqdim edib.

Ordu.az xəbər verir ki, avtomobilə quraşdırıla bilən quruluşu ilə diqqət çəkən bu sistem güclü qarışdırma imkanları və çevik istifadə variantları ilə müasir təhlükələrə qarşı effektiv müdafiə təmin edir.

Xüsusilə Pilotsuz Uçuş Aparatlarına (PUA) qarşı hazırlanmış MS23 təhlükəsizlik qüvvələrinə sahə əməliyyatlarında üstünlük təmin etməyi hədəfləyir.

MS23 texniki xüsusiyyətləri aşağıdakı kimidir:

Qarışdırma sistemləri: GNSS diapazonları (GPS, GLONASS, BeiDou, Galileo) ilə 8 müxtəlif tezlikdə qarışdırma. UHF, S və C diapazonlarını əhatə edən 7 rabitə diapazonunda effektiv müdaxilə.

Antenna performansı: “Patch tipli yönlü antenalardan istifadə edərək, 60° azimut və 60° yüksəklik bucaqları ilə geniş əhatə dairəsi. 9-10 “dBi” anten qazancı ilə optimallaşdırılmış qarışdırma performansı.

RF çıxış gücü: Hər tezlikdə 1,5 – 100 WATT arasında tənzimlənən RF gücü.

Mənzil: Kommersiya tipli PUA sınaqlarında uğurla təsdiqləndiyi kimi, 60 kilometr qarışdırma mənzili.

Enerji seçimləri: AC 220 V və ya AC 110 V enerji girişləri ilə işləmək bacarığı, 5 kVt generator uyğunluğu sayəsində sahə şəraitində fasiləsiz işləmə imkanı.

Hərəkətlilik və quraşdırma: Çəkisi təxminən 610 kq və ölçüləri 1500 x 2100 x 600 mm olan hərbi və ya mülki avtomobillərə quraşdırıla bilən konstruksiya. Bundan əlavə, ştativ montajı ilə sabit yerlərdə istifadə imkanı.

Nəzarət və izləmə: Simli idarəetmə bloku və planşet bağlantısı vasitəsilə əyilmə dərəcələri, RF çıxış gücü və vahidin vəziyyəti izlənilə bilər. IP portu vasitəsilə müxtəlif sistemlərə inteqrasiya oluna bilər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: REM   PUA  


Bizi "telegram"da izləyin