Ordu.az xəbər verir ki, bu barədə qurumun dərc etdiyi xüsusi prokorur Cek Smitin hesabatında deyilir.
“Ədliyyə Nazirliyi müəyyən edib ki, məhkəmədə irəli sürülmüş ittihamın təsdiqi və hökmün çıxarılması üçün kifayət qədər dəlil var. Ancaq ABŞ konstitusiyası prezidentə qarşı ittihamın irəli sürülməsini və işinə məhkəmədə baxılmasını qadağan edir”.
Smitin bildirdiyinə görə, qurumun mövqeyi irəli sürülən cinayətlərin ağırlığından, sübutların inandırıcılığından və ya ittihamın mahiyyətindən asılı deyil.
Ordu.az