Ordu.az xəbər verir ki, bu barədə “Defence Blog” məlumat yayıb.
Ukraynanın hərbi səylərini dəstəkləmək üçün alınan PUA-ların ilkin olaraq 2024-cü ilin sonuna kimi missiya yerinə çatacağı gözlənilirdi. İstehsalçılar xəbərdarlıq edirlər ki, gecikmələr Ukraynanın özünü effektiv müdafiə etmək qabiliyyətinə təsir edir.
Bu şirkətlərdən biri olan və PUA-ları tədarük edən “RSI Europe” vəziyyətdən məyus olduğunu bildirib.
“RSI Europe”un Baş direktoru Tomas Milaşauskas deyib: “PUA-ların bir qismini oktyabrda, qalanlarını isə noyabrda təhvil vermişik, lakin PUA-ların Ukraynaya təhvil verilməsinə dair heç bir təsdiqimiz yoxdur”.
Sevinc Əliyeva
Ordu.az