Paşinyan MTX direktorunu dəyişməyə hazırlaşır

2025/01/1736839714.jpg
Oxunub: 533     13:24     14 Yanvar 2025    
Nikol Paşinyanın Armen Abazyandan fərqli olaraq qeyd-şərtsiz güvəndiyi direktor müavini Andranik Simonyanın simasında alternativ Milli Təhlükəsizlik Xidməti (MTX) direktoru var.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

Nəşrin mənbəsinin məlumatına görə, Paşinyan uzun müddətdir ki, Simonyana Abazyana verdiyi eyni göstərişləri verir, hesabatlar tələb edir, ayrı-ayrılıqda alır, görünür, Abazyanın “sədaqəti”ni yoxlayır.

“Abazyanın Paşinyanın siyasi göstərişlərini qeyd-şərtsiz yerinə yetirmədiyi, bunların Simonyan tərəfindən həyata keçirildiyi barədə məlumatlar var. Sirr deyil ki, Abazyan əsasən Rusiyada, xüsusən də Federal Tühlükəsizlik Xidməti Akademiyasında təhsil almış sistemin əvvəlki rəhbərləri kimi Rusiyanın təsir fiquru hesab olunur. Ola bilsin ki, Abazyanın vəzifəsini davam etdirməsinin səbəbi də bu haldır. Simonyana gəlincə, sonuncu Paşinyanın əlaltısına çevrilib və ən iyrənc göstərişləri yerinə yetirməyə sadiqdir. Simonyan 2021-ci ildə Lori vilayətində sıravi hakim olub, orada ilk dəfə Cinayət Axtarış İdarəsinin rəis müavini, beş gün sonra isə MTX-nin rəis müavini təyin edilib. Deyirlər ki, Simonyan həm də Baş prokuror Anna Vardapetyanın “hərəkətlərini” izləyir və Baş nazirə hesabat verir”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   MTX  


Bizi "telegram"da izləyin