Qətərdə artıq Qəzza probleminin həllinin detalları müzakirə edilir

2025/01/1736832050.jpg
Oxunub: 521     06:29     14 Yanvar 2025    
Qəzza zolağında atəşkəsə dair Qətərdə davam edən danışıqların iştirakçıları artıq sazişin detallarını müzakirə etməyə keçiblər.

Ordu.az xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi CNN-ə müsahibəsində deyib.

"Hazırda danışıqlar aparan tərəflər razılaşmanın nüanslarını müzakirə etmək səviyyəsindədir. Başqa sözlə desək, onlar artıq İsraildə fələstinli məhbusların və azad ediləcək girovların sayını, mübadilə qrafikini və mübadilə üçün vaxt məsələsini, eləcə də İsrail Müdafiə Qüvvələrinin (IDF) Qəzza zolağı bölgələrindən çıxarılmasının dəqiq təfərrüatlarını müzakirə edirlər”, - deyə o bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qətər   Qəzza  


Bizi "telegram"da izləyin