G7 sammiti 15-17 iyun tarixləri arasında Kanadada keçiriləcək

2024/10/1729746163.jpg
Oxunub: 639     23:33     13 Yanvar 2025    
Kanadanın Kananaskis kurort bölgəsində keçirilməsi planlaşdırılan Yeddilik Qrupu (G7) sammiti iyunun 15-dən 17-dək baş tutacaq.

Ordu.az xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yayıb.

Məlumata görə görüşün təşkilinə cavabdeh olan məsul şəxslər onun keçirilməsinin digər təfərrüatlarını hələlik gizli saxlayırlar.

CBC əlavə edib ki, Kalqari yaxınlığında yerləşən Kananaskisdə belə sammit ikinci dəfədir keçirilir.

2002-ci ildə bu kurort Rusiyanın da üzvü olduğu o vaxtkı G8-in liderlərini qəbul edib.

Telekanal həmçinin qeyd edib ki, 2002-ci ildə sammitin təşkili Kanadaya 300 milyon Kanada dollarına (208 milyon dollar) başa gəlib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: G7   Kanada  


Bizi "telegram"da izləyin