NATO-nun Baş katibi Avropa İttifaqı ölkələrinə xəbərdarlıq edib

2024/10/1727780535.jpg
Oxunub: 614     00:21     14 Yanvar 2025    
Avropa İttifaqı ölkələri NATO xaricində müdafiə sistemi qurmaq istəsələr, ÜDM-in hazırkı 2%-lik hədəfindən 10%-ə qədərini hərbi xərclərə xərcləməli olacaqlar.

Ordu.az xəbər verir ki, bunu Brüsseldə Avropa Parlamentində ilk dəfə çıxış edən NATO-nun Baş katibi Mark Rutte deyib.

“Avropa NATO-su kimi bir şeyin olması çox gözəl olardı, lakin sonra ÜDM-in 2%-ni unudun. O zaman müdafiə xərclərini 8-10%-ə çatdırmalı olacaqsınız”, - o bildirib.

Ruttenin sözlərinə görə, Avropa NATO ölkələri indi müdafiə xərclərini artırmaq üçün bir yol tapmalıdırlar. O, bir daha bəyan edib ki, Donald Tramp ilk prezidentlik dövründə hərbi xərclərin artırılmasında israr edərkən haqlı idi:

“O, dəfələrlə haqlı olub və yəqin ki, dəfələrlə haqlı olacaq”.

Bundan əvvəl Tramp mətbuat konfransında NATO-ya üzv ölkələrin hərbi xərclərini ÜDM-nin 5%-ə çatdırmağa çalışmaq niyyətində olduğunu bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rutte   NATO    


Bizi "telegram"da izləyin