NATO Baş katibi: "Ukrayna Rusiya ilə danışıqlar aparmaq iqtidarında deyil"

2025/01/1736788024.jpg
Oxunub: 480     20:56     13 Yanvar 2025    
Ukrayna Rusiya ilə danışıqlar aparmaq iqtidarında deyil.

Ordu.az TASS-a istinadən xəbər verir ki, bunu NATO-nun Baş katibi Mark Rutte Brüsseldə Avropa Parlamentində çıxışı zamanı deyib.

“Hazırda Ukrayna güc mövqeyindən danışıqlar apara bilməz", - o bildirib.

O, həmçinin söyləyib ki, NATO-ya üzv ölkələr müdafiəyə Ümumi Daxili Məhsulun (ÜDM) əvvəllər razılaşdırılmış 2 %-dən xeyli çox xərcləməlidir:

"Düzünü desəm, ÜDM-in 2 %-i kifayət deyil. Növbəti illərdə təhlükəsiz qalmaq üçün müttəfiqlər əhəmiyyətli dərəcədə 2 %-dən çox vəsait xərcləməlidirlər. Güclü müdafiə bizim üçün əsas prioritetdir. Bu, daha çox xərcləmək və istehsal etmək deməkdir. Həm də müharibəni qızışdırmaq yox, onun qarşısını almaq üçündür".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: NATO   Ukrayna   Rusiya  


Bizi "telegram"da izləyin