Türkiyə Trampdan əsas gözləntisini açıqlayıb

2022/05/1653932891.jpg
Oxunub: 452     19:16     13 Yanvar 2025    
Türkiyə ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampdan əsas gözləntisini açıqlayıb.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sözçüsü Ömer Çelik jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Ankaranın əsas gözləntisi Qəzzadakı müharibəyə son qoyulmasıdır: "Əlbəttə, biz həm də Rusiya-Ukrayna müharibəsinin bitməsini gözləyirik".

Ö.Çelik, həmçinin söyləyib ki, Türkiyə üçün ABŞ-dəki seçkilərdə Respublikaçıların, yaxud Demokratların qalib gəlməsinin elə də fərqi yox idi: "Biz hələ nəticələr açıqlanmazdan əvvəl onların hər ikisi ilə işləməyə hazır olduğumuzu bildirmişdik".

Qeyd edək ki, yanvarın 20-də Donald Trampın andişmə mərasimi keçiriləcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Tramp  


Bizi "telegram"da izləyin