Rusiyada hərbi hospitalın binasında yanğın baş verib, 57 nəfər təxliyə edilib - YENİLƏNİB (VİDEOLAR)

2025/01/1736772243.jpg
Oxunub: 734     17:51     13 Yanvar 2025    
Rusiyanın Tula vilayətində hərbi hospitalın yerləşdiyi binada yanğın baş verib, 57 nəfər təxliyə edilib. Xəsarət alan olmayıb.

Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə Tula vilayəti hökumətinin mətbuat xidməti məlumat yayıb.

"Yanvarın 13-də Tulanın Sovetskaya küçəsində yerləşən hərbi hospitalın binasında yanğın baş verib. Hadisə yerində Tula vilayəti Fövqəladə Hallar Nazirliyinin briqadaları işləyir. 57 nəfər təxliyə edilib. Ölən və ya xəsarət alan yoxdur", - məlumatda qeyd olunub.

Mətbuat xidməti əlavə edib ki, Tula vilayətinin qubernatoru Dmitri Milyayevin tapşırığı ilə "hərbi qulluqçuların təxliyəsi və sonrakı yerləşdirilməsi üçün" nəqliyyat təmin edilib.

Moskva Hərbi Dairəsindən əlavə ediblər ki, yanğının ilkin səbəbi elektrik naqillərinin nasazlığıdır: "Hadisənin səbəb və şəraitini araşdırmaq üçün xüsusi komissiya işləyir".

***

Rusiyanın Tula şəhərində hərbi hospitalda yanğın baş verib.

Ordu.az xəbər verir ki, yanvarın 13-də Tulanın Sovetskaya küçəsində yerləşən hərbi hospitalın binası yanıb. Hadisə şahidlərinin sözlərinə görə, yanğın üçüncü mərtəbədə baş verib.

Qeyd edək ki, yanğının baş verdiyi bina tarixidir.1870-ci ildən Tulada ilk qızlar gimnaziyası bu binada yerləşib. Böyük Vətən Müharibəsi illərində burada xəstəxana yaradılıb. Hazırda isə bu binada Rusiya Hava Desant Qüvvələrinin 39-cu tibbi dəstəsi yerləşir.



Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Hərbi-hospital  


Bizi "telegram"da izləyin